Muxtar Babayev: “Sumqayıtda ekoloji böhran yaradan müəssisə yoxdur”
05 noyabr 2013 11:58 (UTC +04:00)

Muxtar Babayev: “Sumqayıtda ekoloji böhran yaradan müəssisə yoxdur”

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” adlı beynəlxalq konfrans keçirilib. Lent.az-ın məlumatına görə, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev  konfransda çıxış edərək, Sumqayıt şəhərində ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən layihələrdən və görüləcək  işlərdən danışaraq qeyd edib ki, son illərdə ətraf  mühitin  mühafizəsi,  ekoloji  təhlükəsizlik  və  təbii  ehtiyatlardan  səmərəli istifadə çərçivəsində “Azərikimya” İB-də istismara yararlı, mövcud istehsalat qurğularında müvafiq tədqiqat işləri aparılmış və həyata keçiriləcək rekonstruksiya işlərinin istiqamətləri müəyyənləşdirilib.

M. Babayev görülən tədbirlər nəticəsində təbii resurslardan istifadənin minimuma endirildiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153

Oxşar yazılar