Mingəçevir şəhərinə 5 milyon manat ayrıldı
10 sentyabr 2014 19:43 (UTC +04:00)

Mingəçevir şəhərinə 5 milyon manat ayrıldı

 

Prezident  İlham Əliyev Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən on min nəfərdən çox əhalinin yaşadığı “Günəşli”, “Bağlar” yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirən ümumi uzunluğu 10 kilometr olan dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761
avatar

Oxşar yazılar