Metroda gediş haqları qaldırılmır
02 aprel 2014 18:30 (UTC +04:00)

Metroda gediş haqları qaldırılmır

“Metroda gediş haqlarının dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb”. Bunu APA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev metroda gediş haqlarının artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

A.Əliyev qeyd edib ki, bu məsələ gündəmdə deyil. Onun sözlərinə görə, metroda gediş haqlarının dəyişdirilməsi ilə bağlı Tarif Şurasına hər hansı müraciət daxil olmayıb və bu məsələ Tarif Şurasında müzakirə olunmur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1133
avatar

Oxşar yazılar