Mərkəzi Bank növbəti devalvasiya xəbərinə münasibət bildirdi
07 yanvar 2016 17:14 (UTC +04:00)

Mərkəzi Bank növbəti devalvasiya xəbərinə münasibət bildirdi

Bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır.

 

Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

 

AMB-dən bildirilib ki, qəbul ediləcək qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: "Mərkəzi Bank eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayılmış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur.

 

Belə ki, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar