Sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksləri olan 1, 5, 10, 20, 50, 100 manatlıq əskinasların şəkilləri yayılıb. Mərkəzi Bankdan Lent.az-a verilən məlumata görə, bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yalnış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır.
MB bildirir ki, bu məlumatlar heç bir reallığı əks etdirmir və bu şəkillər qeyri-müəyyən şəxslərin təxəyyülünün məhsuludur. Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əskinasların tədavülə buraxılması planlaşdırılmır.