Maliyyə nazirindən kreditlərlə bağlı AÇIQLAMA
24 yanvar 2016 14:22 (UTC +04:00)

Maliyyə nazirindən kreditlərlə bağlı AÇIQLAMA

"Əhalinin 5 min manatadək olan kreditlərinə hökümət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu yaxşıca yoxlanılmalıdır". 
 
Lent.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində deyib. 
 
“Hökümətin müəyyən miqdar civarında kreditləri olan əhaliyə hökümət tərəfindən güzəşt olunub olunmayacağı” sualına nazir belə cavab verib: 
 
“Əgər güzəşt edilmə məsələsi qərara alınsa, onda bu yaxşıca yoxlanılmalıdır. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası, dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa dövlət söz verir ki, yüz faiz, vətəndaşın qoyduğu əmanətin məbləği ona qaytarılacaq. Bu həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur.”
 
Samir Şərifov həmçinin əlavə edib ki, Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər və bununla da yüksək gəlir əldə edirlər. “Bu məsələlər ətrafında müzakirələr davam edir”.
 
Milli Məclisin son iclasında millət vəkili Əli Məsimli dollarla olan kreditlər məsələsinə toxunaraq, ortaq addımların atılmasının vacib olduğunu bildirimişdi.
 
"Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq" - deyə millət vəkili bildirib. 
 
Dekabrın 21-də manatın ikinci devalvasiyasından sonra, dollar kreditlərinin devalvasiyadan əvvəlki məzənnə ilə, yəni 1 dolların 1,05 manata bərabər olan məzənnə ilə ödənməsi barədə qərar verilə biləcəyi haqda məlumat yayılıb. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Oxşar yazılar