Quş və balıq ətinin ucuzlaşması müşahidə olunub
Dövlət Stavtistika Komitəsi 2012-ci ilin dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,5 faiz bahalaşıb.
Çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,8 faiz ucuzlaşıb. Birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 9,6 faiz ucuzlaşıb, buğdanın istehsalçı qiymətləri 0,6 faiz, qarğıdalının 3,8 faiz, arpanın 1,2 faiz, göyərtilərin 0,8 faiz, kartofun 0,4 faiz, xiyarın 2,7 faiz, pomidorun 1,9 faiz, baş soğanın və sarımsağın 0,2 faiz, quru otun 0,1 faiz, yoncanın istehsalçı qiymətləri isə 1,5 faiz bahalaşıb. Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 4,4 faiz, xurmanın 1,8 faiz, feyxoanın 4,1 faiz, qozun 0,5 faiz, fındığın 5,3 faiz, şabalıdın istehsalçı qiymətləri 5,5 faiz bahalaşıb, almanın istehsalçı qiymətləri 18,5 faiz, heyvanın 0,2 faiz, limonun 8,2 faiz, naringinin istehsalçı qiymətləri isə 5,2 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri ev quşlarının və quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,3 faiz və 1,1 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,3 faiz, camışın 2,5 faiz, diri qoyun və keçilərin 3,2 faiz, mal və qoyun ətinin (diri çəkidə) 0,1 faiz, südün 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 3,0 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,6 faiz ucuzlaşma müşahidə olunub.