Litva inkişaf etmiş ölkələr qrupuna keçdi
14 aprel 2015 22:43 (UTC +04:00)

Litva inkişaf etmiş ölkələr qrupuna keçdi

Beynəlxalq Valyuta Fondu “World Economic Outlook” (WEO) aprel icmalında Litvanı ilk dəfə inkişaf etmiş ölkələr qrupuna daxil edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Litva bundan əvvəl iqtisadiyyatı inkişaf edən ölkələr sırasında olub.   

 

BVF, bununla belə, ötən ilin oktyabrında Litva və Latviya  barəsində iqtisadiyyatın artımı ilə bağlı 2015-ci il üçün verdiyi proqnozu pisləşdirib, Estoniya barəsində isə əvvəlki proqnozu dəyişməz saxlayıb.     

 

BVF-in proqnozuna əsasən, Litvada gələn il iqtisadiyyatın artımı 3,2 faiz səviyyəsində olacaq (əvvəlki proqnozda 3,3 faiz artım müəyyən edilmişdir). 2016-cı ildə inflyasiyanın 2 faiz səviyyəsində olacağı gözlənilir.

 

İcmala əsasən, Latviyada ÜDM-in bu il 2,3 faiz (əvvəlki proqnozda 3,2 faiz artım müəyyən edilmişdir), 2016-cı ildə isə 3,3 faiz artacağı gözlənilir. İstehlak qiymətlərinin bu il 0,5 faiz qalxacağı proqnozlaşdırılır.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar