Prezident İlham Əliyev Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent. az-ın məlumatına görə, sərəncamla Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Dövlət başçısının digər sərəncamı ilə 47 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Vilvan - Zövlə - Boladı - Liman avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,6 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.