Komitə sədri və deputat Belçikaya gedəcəklər
21 yanvar 2014 16:44 (UTC +04:00)

Komitə sədri və deputat Belçikaya gedəcəklər

Milli Məclisin komitə sədri Əli Hüseynli və deputat Azər Kərimli Avronest PA-nın İqtisadi komitəsinin iclasında iştirak etmək üçün yanvarın 21-dən 23-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar. Bu barədə Lent.az-a Milli Məclisdən məlumat verilib.
İclasda “Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələri arasında infrastruktur sahəsində əməkdaşlıq: avtomobil yolları, dəmir yolları və hava nəqliyyatı ilə bağlı birgə layihələr” mövzusunda komitənin hazırlayacağı məruzəylə əlaqədar ilkin müzakirələr aparılacaq. 

Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcək, həmin layihələrlə bağlı rəy və təkliflərini bildirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar