Komitə sədri Türkiyə təcrübəsindən danışdı
23 sentyabr 2013 15:09 (UTC +04:00)

Komitə sədri Türkiyə təcrübəsindən danışdı

Sentyabrın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyənin Gömrük və ticarət nazirinin müavini Fatih Metinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent. az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İki qardaş ölkənin gömrük qurumları arasında əlaqələrə gəlincə, A. Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. Belə ki, komitə sədri Azərbaycan Gömrük Xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin  bu sahəyə müsbət təsirindən danışıb, qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinin zəruriliyini bildirib.

Türkiyə Respublikası Gömrük və Ticarət nazirinin müavini ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən qonaq ticarət dövriyyəsinin artmasını sevindirici hal kimi dəyərləndirib, dövriyyənin bundan sonra da artırılması üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177

Oxşar yazılar