Kombaynların alınmasına 15 milyon manat ayrıldı
04 iyul 2013 19:18 (UTC +04:00)

Kombaynların alınmasına 15 milyon manat ayrıldı

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb. Lent. az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, sərəncamda bildirilir ki, iri taxılçılıq təsərrüfatlarının yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, istismarda olan texnikanın əksəriyyətinin  köhnəlməsi əlavə taxılyığan kombaynlarının alınmasını zəruri edir.

 

Bu səbəbdən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə isə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Oxşar yazılar