Mədən Sənayesində Şəffaflığn Artırılması Koalisiyası Şurasının iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, qurumun Yeni Standartlara keçidi ilə bağlı məsələnin müzakirəsinə həsr olunmuş iclasda MHŞT üzrə anlaşma Memorandumuna nəzərdə tutulmuş dəyişikliklərə də diqqət ayrılıb.
Koalisiyanın hökuməti yeni standartlara keçidə səsləyən sənədi ətrafında fikir mübadiləsi aparan şura üzvləri prioritet hesab olunan məsələlərin sənədlərdə öz əksini tapmasının vacibliyini vurğulayıb, konkret təkliflərlə çıxış ediblər.
Qeyd olunub ki, Yeni Standartların icrasında ölkənin üzləşdiyi idarəetmə prioritetləri, növbəti mərhələnin əsas fəaliyyət istiqamətləri də məhz bu məqsədlərə əsaslanmalıdır. Şura üzvləri məsələnin əhəmiyyətini nəzərə alaraq müzakirələrin bu həftənin cümə gününə təyin olunmuş iclasda davam etdirilməsini qərara alıblar.
İclasda həmçinin MHŞT üzrə Beynəlxalq Katibliyin son toplantısı barədə məlumat da dinlənilib.