Noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3 faiz, çox illik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,0 faiz, yumurtanın istehsalçı qiymətləri 3,7 faiz ucuzlaşıb. Bundan əlavə, diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,6 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,2 və 0,9 faiz, təbii balın 0,3 faiz, südün istehsalçı qiymətlərinin isə 0,4 faiz bahalaşması müşahidə olunub.