Sentyabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2806.9 min ton, yaxud keçən ilin müvafiq dövründə olduğundan 132.1 min ton çox taxıl yığılıb. Lent.az-ın məlumatına görə, 736.3 min ton kartof, 988.5 min ton tərəvəz, 340.4 min ton meyvə və giləmeyvə, 398.1 min ton bostan məhsulları, 31.9 min ton üzüm, 2169.4 ton tütün, 399.3 ton yaşıl çay yarpağı toplanıb.
İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 304.7 min tona, süd istehsalı 7.1 faiz artaraq 1227.1 min tona, yumurta istehsalı 15.2 faiz artaraq 914.6 milyon ədədə, yun istehsalı 4.2 faiz artaraq 15.6 min tona çatıb.
Beləliklə səkkiz ay ərzində iqtisadiyyatın aqrar bölməsində ötən ildə olduğundan 4.5 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilib, o cümlədən bitkiçilik məhsulları istehsalı 3.9 faiz, heyvandarlıq məhsulları istehsalı 5.2 faiz artıb.

Kənd təsərrüfatı məhsullarında artım olub
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15