Keçən il yollara 1 milyard 440 milyon manat xərclənib
24 yanvar 2013 17:31 (UTC +04:00)

Keçən il yollara 1 milyard 440 milyon manat xərclənib

2012-ci il ərzində Azərbaycan avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə avtomobil yollarının inkişafına  1 milyard 440 milyon manat vəsait yönəldilib. Lent.az-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin 2012-ci ildə görülmüş işlərə həsr olunmuş hesabatında qeyd olunub.

 

Hesabatda bildirilir ki, keçən il  537,2 km, o cümlədən 134,6 km respublika əhəmiyyətli, 402,6 km yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 25 ədəd körpü tikilib. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsi (bayraq meydanına gedən yol), Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsi (29 km), Qusar-Ləzə avtomobil yolu (39 km) və bu yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü tikilərək, Saatlı-Musalı-Mərzəli avtomobil yolunda Araz çayı üzərindəki körpü (238,8 m) yenidən qurularaq istismara verilib. Daxili investisiya hesabına 2012- ci ildə respublika əhəmiyyətli Gəndob - Rusiya Federasiyası ilə dövlət sərhədi  yeni avtomobil yolunun tikintisi,  Bakı - Ələt yolunun 50-69 kilometr sahələrinin, Qəbələ - Ağdaş, Ağstafa - Poylu - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarının yenidən qurulması, Ələt - Hacıqabul, Qəbələ - Oğuz, Goran – Naftalan, M-2 (336 km) - Gəncə, Bəhramtəpə - Biləsuvar, Kürdəmir – İmişli, Bərdə - Tərtər avtomobil yollarının əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilib.

 

Bundan başqa Yaraq Qazmalar (Rusiya Federasiyası) - "Samur" (Azərbaycan Respublikası) sərhəd buraxılış məntəqəsində yerləşən "Samur" Baş Hidroqovşağındakı hidrotexniki qurğuların texniki vəziyyətinin yoxlanılması və sınaq işlərinin aparılması, habelə hidrotexniki qurğu üzərindəki avtomobil körpüsünün yenidən qurulmasının, Samur - Şirvanovka və Çuxuroba - Şirvanovka-Zuxuloba avtomobil yollarının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinə başlanılması üçün hazırlıq işləri görülüb. Yerli əhəmiyyətli Quba - Qəçrəş və  M -2 ( 482 km) - Salahlı - Aslanbəyli - Kəmərli yollarının əsaslı təmiri layihələri başa çatdırılmış, Xocasən – Lökbatan, Cəlilabad – Yardımlı, Qəbələ - Küsnət - Laza avtomobil  yolunun yenidən qurulması, İsmayıllı – Lahıc, Şamaxı – Göylər Çöl – Padar, Şəki - Qax - Zaqatala yolunun  Şəki - Qax sahəsinin əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilib. Gədəbəy – Qızıl Torpaq - Qonaqlı yolunda Fındıqlı çayı üzərində  körpünün yenidən qurulması, Bakı - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 89-cu km-də yol ötürücüsünün tikintisi, Şəki - Kiş avtomobil yolunda Kiş çayı üzərində qəza vəziyyətində olan mövcud körpünün aşırım qurğusunun bərpası başa çatdırılıb.

 

2012-ci il ərzində Bakı şəhərində 94,0 km avtomobil yolları, prospekt və küçə təmir olunub və 6 yeraltı piyada keçidi istismara verilib. Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən Neftçilər prospektinin və Sabunçu körpüsündən Zabrat dairəsinədək yolun yenidən qurulması işləri başa çatdırılıb.

 

Paytaxtda “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 – 2013-cü illər üçün əlavə Tədbirlər Planı”na uyğun olaraq, Heydər Əliyev Hava Limanı-Mərdəkan - Bilgəh - Novxanı - Sumqayıt M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilib. Böyük-Şor yol qovşağının üçüncü mərhələsi (asma körpü) və Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin layihəsi çərçivəsində uzunluğu 566 metr, Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində uzunluğu 546 metr olan tunellər istismara verilib. Buzovna - Mərdəkan – Qala, Zığ dairəsi - Hava Limanı avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam etdirilib. Babək prospektində , Qara Qarayev prospektində, Sərdar Səfərov küçəsində Heydər Əliyev prospektində "Şəfa" stadionunun qarşısında yeraltı və yerüstü piyada keçidlərinin tikintisi işləri aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082
avatar

Oxşar yazılar