Keçən il Azərbaycana neçə avtomobil gətirilib
18 yanvar 2015 17:38 (UTC +04:00)

Keçən il Azərbaycana neçə avtomobil gətirilib

2014-cü ildə Azərbaycana 63 368 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2013-cü ildə bu rəqəm 104 385 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

İdxal edilən avtomobillərin 57 615 avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-cü ildə bu göstərici 94 879 ədəd təşkil edib.

Bundan başqa, ötən il ölkəyə 5054 yük avtomobili idxal edilib. Bu rəqəm 2013-cü ildə 7823 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

Oxşar yazılar