Keçən il aldığımız ərzaq və qeyri-ərzaq məhsullarının dəyəri açıqlandı
16 yanvar 2013 18:04 (UTC +04:00)

Keçən il aldığımız ərzaq və qeyri-ərzaq məhsullarının dəyəri açıqlandı

Dövlət Statistika Komitəsi əmtəə bazarı haqqında məlumat yayıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ildə pərakəndə ticarət şəbəkəsində 17,6 milyard manat məbləğində və ya 2011-ci il ilə müqayisədə 9,6 faiz çox istehlak malları satılıb.

Satılmış ərzaq məhsullarının həcmi 2,1 faiz artaraq 9 milyard 728 milyon manata, qeyri-ərzaq mallarının həcmi 20,7 faiz artaraq 7 milyard 831,1 milyon manata bərabər olub. 2011-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi azalaraq 55,4 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,6 faiz təşkil edib. Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 87,8 manatlıq ərzaq, 70,7 manatlıq qeyri-ərzaq malları alıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665
avatar

Oxşar yazılar