Keçən il 3 min 784,3 manat gəlirimiz olub
17 yanvar 2013 18:22 (UTC +04:00)

Keçən il 3 min 784,3 manat gəlirimiz olub

Dövlət Statistika Komitəsi 2012-ci ildə əhalinin gəlirləri ilə bağlı məlumat yayıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin ilkin yekunlarına görə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 13,8 faiz artaraq 34,7 milyard manata çatıb.

 

Əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 3 min 784,3 manat və ya ayda 315,4 manat olub. Hər nəfərə düşən gəlirlər 12,2 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 11,1 faiz bəndi üstələyib, yəni hər nəfərə gəlirlər real ifadədə 11.0 faiz artıb. Gəlirlərin 61,0 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 29,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan gəlir 31,7 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 13,8 faiz artıb.

 

# 656
avatar

Oxşar yazılar