Karrar-Sığırlı mənzilində əsaslı təmir başladı
30 yanvar 2013 10:08 (UTC +04:00)

Karrar-Sığırlı mənzilində əsaslı təmir başladı

Köhnə yolun söküntüsünə start verilib, 14 km yol əsaslı təmir ediləcək

 

 

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, 30 yanvar-15 fevral tarixlərində Karrar-Sığırlı mənzilində 14 km yol əsaslı təmir ediləcək.

 

Bu gün səhər saatlarında köhnə yolun söküntüsünə start verilib və artıq 1 km  köhnə yol sökülüb. 

 

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 179  km yol əsaslı təmir olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952
avatar

Oxşar yazılar