Jurnalistlər “SABAH” qruplarında
06 mart 2015 10:55 (UTC +04:00)

Jurnalistlər “SABAH” qruplarında

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “SABAH” qruplarında press-tur keçirilib. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, jurnalistlər “SABAH” qrupları üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak ediblər.

Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi icra komitəsinin rəhbəri Elçin Ağakişiyev jurnalistlərə layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihənin əsas məqsədi seçilmiş tələbələrin tədrisinin müasir tərz və metodika ilə keçirilməsidir. “SABAH” qruplarında dərs deyən bütün müəllimlər Təhsil Nazirliyinin komissiyasından keçiblər. Tədris planları elə qurulub ki,  burada intensiv ingilis dili tədris olunmaqla yanaşı xarici ölkələrdən gələn müəllimlər də müvəffəqiyyətlə tədris edirlər. Bu qruplarda təhsil alan tələbələr xüsusi təqaüd, ödənişsiz yataqxana və üç dəfə yeməklə təmin olunurlar.

ADİU-nun “SABAH” qrupları mərkəzinin dekanı Aida Quliyeva universitetdə “SABAH” qrupları üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, “SABAH” qrupunda təhsil alan tələbələrə dərs prosesi xüsusi proqram əsasında təşkil olunur. İngilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə görüşləri təşkili edilir. Bu isə “SABAH” qrupunun tələbələrinin gələcək karyera və məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar