İti vurmayan qadın şirkəti ziyana saldı <span style="color:red;">- BAKIDA
03 fevral 2015 14:47 (UTC +04:00)

İti vurmayan qadın şirkəti ziyana saldı - BAKIDA

Bakıda xanım sürücünün yolu keçən iti qoruması sığorta şirkətinə ciddi zərər vurub. Lent.az-ın məlumatına görə, bu barədə fins.az-a avtomobilin kasko sığortalandığı şirkətinlərdən birindən bildirilib. Belə ki, ötən il sentyabr ayının 2-də Azadlıq prospektində “Toyota Corolla” avtomobili qəzaya uğrayıb. Xanım sürücü yoldan keçən iti vurmamaq üçün avtomobilini hündür bardürlərə çırpıb. Nəticədə avtomobilin işlək mexanizmlərinə xeyli ziyan dəyib, mühərriki sıradan çıxıb. Sığorta şirkəti dəymiş ziyanla bağlı  dekabr ayının 22-də 12 480 manat məbləğində sığorta ödənişi edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173

Oxşar yazılar