İtaliyalı iş adamları ilə görüş keçirilib
14 dekabr 2012 18:46 (UTC +04:00)

İtaliyalı iş adamları ilə görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İtaliyanın mebel, tikinti, gil istehsalı və maşınqayırma sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iş adamlarına Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq italiyalı iş adamlarını əməkdaşlığa dəvət edib.

 

İtaliyanın “Eurocoop Soc. Coop.” şirkətinin direktoru Antonino Zitelli isə Azərbaycana səfərindən, paytaxt Bakıda aparılan geniş tikinti-quruculuq işlərindən məmnunluğunu dilə gətirib, belə görüşlərin İtaliya və Azərbaycan iş adamları arasında əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətini qeyd edib. Görüş zamanı Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə geniş məlumat verilib, maraqlandıran suallar cavablandırıb, AZPROMO tərəfindən İtaliya şirkətlərinə ölkəmizdə biznes fəaliyyətinin təşkili istiqamətində bundan sonra da hər cür dəstək göstəriləcəyi vurğulanıb.

 

# 560
avatar

Oxşar yazılar