İstehlaka yararsız məhsullar aşkarlandı
26 avqust 2013 15:19 (UTC +04:00)

İstehlaka yararsız məhsullar aşkarlandı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinqlər keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Monitorinqlər Bakının Nizami rayonunda, Sumqayıt və Gəncə şəhərlərində, Ağstafa və Ağdam rayonlarında olub.

Ümumilikdə, 180 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar