Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın azərtaca-a istinadən verdiyi xəbərə görə, dörd min nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılacaq.