İşçilərinin əmək haqları artırılan dövlət təşkilatlarının - SİYAHISI
21 avqust 2013 19:01 (UTC +04:00)

İşçilərinin əmək haqları artırılan dövlət təşkilatlarının - SİYAHISI

Prezident İlham Əliyev  dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb:
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin aparatı, Gəncə bölməsinin aparatı, Elmi İnnovasiyalar Mərkəzi;
Heydər Əliyev Mərkəzi;
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
Azərbaycanda Atatürk Mərkəzi;
Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu;

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı;
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3517
avatar

Oxşar yazılar