Astara şəhərində İran və Azərbaycan Respublikası gömrük xidmətlərinin rəsmiləri arasında görüş keçirilib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev, İran nümayəndə heyətinə isə İran Gömrük İdarəsinin rəis müavini Məhəmmədrza Nadiri rəhbərlik edib.
Görüşdə sərhəd ticarəti, tranzit keçidi və ticari əlaqələr əsas müzakirə mövzusu olub.
Görüşdə hər iki tərəf ticari əlaqələrin inkişaf etdirilməsinin və gömrük problemlərinin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar.