Süni qiymət artıran daha 2 mağaza cəzalandırıldı
07 mart 2015 14:23 (UTC +04:00)

Süni qiymət artıran daha 2 mağaza cəzalandırıldı

0

İqtisadiyyat və Sənaye Nazirliyi istehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında Fəhrad Əzizova məxsus "Mono", eləcə də Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 54 ünvanında "Azeri Retail" MMC-yə məxsus "Frecko" marketlərdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılaraq əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar