İqtisadi İnkişaf Nazirliyi “Qaradağ-S”-i cərimələdi
09 yanvar 2013 15:44 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi “Qaradağ-S”-i cərimələdi

“Qaradağ-S” MMC cərimələnib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Qaradağ-S” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Qaradağ-S” adlı M-400 markalı 40 kq-lıq sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verilməsi, həmin sementin qablaşdırıldığı kisələrin üzərində çəkidə yol verilən kənarlaşma həddinin yanlış göstərilməsi, M-300 markalı 40 kq-lıq sementlərin qablaşdırıldığı kisələrin üzərində çəkidə yol verilən maksimal kənarlaşma həddinin göstərilməməsi səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə “Qaradağ-S” MMC-yə 14,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar