Bu il dövlət xətti ilə ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 2013-cü ilə nisbətən iki dəfə çox vəsait ayrılıb.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. “İpoteka ilə bağlı vəsait ayrılıb. Bu vəsait əvvəlki ilə nisbətən iki dəfə çoxdur”, - deyə nazir bildirib.