Nazirlikdə yeni <span style="color:red;">TƏYİNATLAR : İnstitut direktoru səhmdar cəmiyyət sədri oldu
25 iyul 2014 11:07 (UTC +04:00)

Nazirlikdə yeni TƏYİNATLAR: İnstitut direktoru səhmdar cəmiyyət sədri oldu

0
İltimas Məmmədov rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu barədə dövlət başçısı sərəncam imzalayıb. İ. Məmmədov buna qədər Əli Abbasovun müavini vəzifəsində çalışırdı.
Bundan başqa Elmir Tofiq oğlu Vəlizadə dövlət başçısının digər sərəncamı ilə nazir müavini təyin edilib. RYTN-dən verilən məlumatda o da bildirilib ki, Adil Abdulxalıq oğlu Qəribov  Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr  təyin edilib. Xatırladaq ki, akademik A. Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitunun direktorudur.
 
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir müddət öncə ləğv edilərək, onun bazasında  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3552

Oxşar yazılar