İngiltərədə "Azərbaycan Günü" keçiriləcək
14 noyabr 2013 18:21 (UTC +04:00)

İngiltərədə "Azərbaycan Günü" keçiriləcək

Londonda "Azərbaycan Günü" keçiriləcək. Bu barədə Lent.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

 

Noyabrın 19-da AYİB-in Londondakı Baş qərargahında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, Avropa Yenidənqurma və İnkişaf Bankının təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə "Azərbaycan Günü" keçiriləcək.


Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak edəcək.



Tədbir çərçivəsində iştirakçılara ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi potensialı barədə məlumatları özündə əks etdirən materiallar paylanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar