Yanvarın 16-da Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan İndoneziyanın Müdafiə Nazirliyinin baş katibi, marşal Eris Herryantonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Görüşdə İndoneziya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Nümayəndə heyətinin başçısı Eris Herryanto səmimi qəbula görə minnətdarlığını bildirib. İndoneziya Respublikasının Azərbaycandakı səfiri Raden Prayono Atiyanto da görüşdə iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlarla tanış olmaq üçün nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunda da olub.