Biləsuvar İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı
27 avqust 2015 16:31 (UTC +04:00)

Biləsuvar İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı

0

Prezident İlham Əliyev Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla on min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılıb.

 

Nazirlər Kabineti və Maliyyə Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar