Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-fevral ayları ərzində 33,2 milyon ton yük və 283,8 milyon nəfər sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 3,8 faiz, sərnişin daşınması 4,1 faiz çox olub.
Yük daşınması avtomobil nəqliyyatı ilə 2,6 faiz, dəmir yolu ilə 18,5 faiz, hava nəqliyyatı ilə 28 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,7 faiz, metro ilə 6,2 faiz, dəmir yolu ilə 2,8 faiz, hava nəqliyyatı ilə 3 faiz artıb.