Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda dövlət büdcəsinin yerli xərclərindən Lənkəran Mərkəzi şəhər Xəstəxanasına, Lənkəran şəhər İcra Hakimiyyəti aparatına, şəhər Təhsil, Mədəniyyət və Turizm şöbələrinə, Lənkəran şəhəri Maliyyə İdarəsinə və dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Humanitar Fənlər Təmayüllü Məktəb-liseyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditlərin nəticələri üzrə Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq olunub.
Nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında, həmçinin, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Beyləqan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair Audit proqramı da təsdiq edilib.