Hindistandan Azərbaycana nəqliyyat dəhlizi 2016-cı ildə açıla bilər
18 avqust 2015 13:23 (UTC +04:00)

Hindistandan Azərbaycana nəqliyyat dəhlizi 2016-cı ildə açıla bilər

0

 

 

Hindistan 2016-cı ildə fəaliyyətə başlayacaq “Şimal-Cənub” nəqliyyat layihəsinin reallaşmasında maraqlıdır.

 

APA-Economics” “Ria-Novosti”yə istinadən xəbər verir ki, bunu Hindistanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Şrinivasan Raqxavan deyib. O bildirib ki, bu nəqliyyat dəhlizinin işə düşməsi xərclərin azalmasına gətirib çıxaracaq: “ Biz həqiqətən də bu layihənin işə düşməsi üzərində aktiv işləyirik. Çünki, bu layihə xərcləri iki dəfə azaldacaq”.

 

Səfir əlavə edib ki, bəzi detallar razılaşdırılmayıb: “Bununla belə biz sürətlə hərəkət edirik. Biz istəyirik ki, 2016-cı ilin əvvəlində bu dəhliz işə düşsün”.

 

Qeyd edək ki, bu nəqliyyat dəhlizi Hindistan, İran, Rusiya və Azərbaycandan keçəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar