Heydər Əsədov Dünya Bankının nümayəndəsi ilə görüşdü
26 noyabr 2013 17:41 (UTC +04:00)

Heydər Əsədov Dünya Bankının nümayəndəsi ilə görüşdü

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyətinin və perspektivlərinin müzakirəsi olub.

 

 

H. Əsədov Azərbaycan hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələri yüksək qiymətləndirildiyini deyib: “Layihələr çərçivəsində fermer və digər sahibkarların maliyyə vəsaitlərinə və məlumatlara çıxışlarını yaxşılaşdırmaq, özəl baytarlıq şəbəkəsinin yaradılması, quş qripinin qarşısının alınması, infrastruktur və sosial yönümlü icma mikrolayihələrinin  icrası təmin edilib. Hazırda heyvanların kəsim sexlərinin müasir tələblər səviyyəsində qurulmasında sivil dönüş etmək üçün texniki dəstəyin göstərilməsini, istehsal olunmuş məhsulun istehlakçılara çatdırılmasında texniki yardımın göstərilməsini, aqrar sahədə kadr hazırlığı sahəsində sistemli dəyişiklik edilməsi, kənd təsərrüfatının yeni inkişaf konsepsiyasının hazırlanmasına texniki dəstəyin göstərilməsi vacibdir”.

 

L. Leşçenko bundan sonra da Dünya Bankı ilə Azərbaycan hökuməti arasında aqrar sahədə əməkdaşlığın davam etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960
avatar

Oxşar yazılar