Hesablama Palatası dövlət şirkətlərində yoxlama aparıb
19 noyabr 2013 17:40 (UTC +04:00)

Hesablama Palatası dövlət şirkətlərində yoxlama aparıb

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a palatadan məlumat verilib. İclasda Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrası, dövlət büdcəsindən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə  ayrılan  vəsaitlərin  istifadəsi, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət büdcəsindən Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadə edilməsi, dövlət rüsumlarının yığılması və dövlət büdcəsinə ödənilməsi və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin  istifadəsi üzrə auditlərin nəticələrinə dair Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq edilib.

 

 Nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247

Oxşar yazılar