Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, quraqlıq nəticəsində sitrus meyvələrinin böyümə prosesinin ləngiməsi və bəzi ağacların yanması məhsuldarlığa da mənfi təsir göstərəcək.
Mütəxəssislər və məhsul istehsalçıları gələcək məhsulun qida mühitinin, xüsusilə suvarmanın təşkilindən asılı olduğunu bildirirlər. Onların fikrincə, bu cür isti hava şəraitinin davam etməsi məhsuldarlığın azalması fonunda sentyabr-noyabr aylarında sitrus meyvələrinin satış qiymətində artıma təsir edəcək.
Hazırda ölkənin bazarlarında yerli sitrus meyvələri olmadığından xaricidən gətirilən məhsullar alıcılara təklif olunur. Qiymətlər isə yerli məhsullara nisbətən bahadır.