Baş nazir Artur Rəsizadə Nazirlər kabinetinin “Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il qərarına dəyişiklik edib. Bu barədə Lent.az-a NK-dən məlumat verilib.
Həmin dəyişikliyə əsasən, dövlətlərarası və hökumətlərarası sazişlərlə kreditlər və borclar, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı hesabına idxal olunan malların gömrük idxal rüsumundan azad edilməsi ləğv olunub. Bu mallar gömrük idxal rüsumuna cəlb olunacaq.
Onu da xatırladaq ki, qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minəcək.