Hakerlərin «Azərenerji»nin saytına hücumu
04 sentyabr 2013 14:09 (UTC +04:00)

Hakerlərin «Azərenerji»nin saytına hücumu

«Anonymous» beynəlxalq haker qrupu Azərbaycanın «Azərenerji» ASC-nin veb-saytına müdaxilə etməsi ilə bağlı məlumat yayıb.


 

«APA-Economics»in haker təşkilatının rəsmi saytında istinadən verdiyi məlumata görə, bu hücum nəticəsində «Azərenerji»nin 80-dək rəsmi sənədi, o cümlədən maliyyə hesabatları və digər məxfi sənədlər geniş ictimaiyyət üçün açıqlanıb. Oğurlanan sənədlərin ümumi həcmi isə 7 Qb təşkil edir.

 

«Azərenerji» ASC-dən «APA-Economics»ə bildirilib ki, hazırda qurumun saytının fəaliyyətində heç bir problem yoxdur: «Ancaq hər halda cəmiyyət bir daha yoxlamalar və araşdırmalar aparır. Hər hansı problem olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək».

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə «APA-Economics»ə açıqlamasında qeyd edib ki, hər bir internet saytıını yaradan şirkət, onun təhlükəsizliyini də təmin etməlidir: «Həmin şirkət buna cavabdeh olmalıdır. Bu cür hücumlar bütün dünyada baş verir».

 

M.Əmirov bildirib ki, Nazirliyə bu hücumla bağlı məlumat daxil olmayıb: «Nazirlik tərəfindən bu cür hallara qarşı mübarizə aparılır».

 

Xatırladaq ki, sentyabrın 1-də «Anonymous» qrupu Rusiyanın «RİA Novosti» informasiya agentliyinin məlumat bazasına hücum edib. Burada haker qrupunun üzvləri bir sıra jurnalist araşdırmalarının üstünü açıblar. Bu yazılarda isə «Ukrspetseksport», Antonov adına Aviasiya Konstruksiya Bürosu, NATO və Ukrayna Xarici İşlər Nazirliyinə aid materiallar olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960
avatar

Oxşar yazılar