Güzəştli kreditlərin həcmi açıqlandı
20 sentyabr 2013 18:53 (UTC +04:00)

Güzəştli kreditlərin həcmi açıqlandı

Bu gün Tərtərin Seydimli kəndində keçirilmiş “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Tərtər və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 527 min manat dövlətin güzəştli krediti verilib.

 

İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb. Fond tərəfindən Tərtər rayonunda prioritet hesab olunan kiçik və orta həcmli çörək və şirniyyat məhsulları istehsalı müəssisəsinin, cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, cari ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3286 investisiya layihəsinin maliyyələşdirilməsinə 234,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 9700-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 752 investisiya layihəsinin maliyyələşdirilməsinə 20,2 milyon manat güzəştli kreditlər verilib. Verilmiş güzəştli kreditlər 1800-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir.

 

Tədbirdə sahibkarları maraqlandıran suallar da cavablandırılıb.  “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Tərtər rayonundakı müasir soyuducu anbar kompleksinin fəaliyyətinə də baxış keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar