Gömrükçülər 104 şüşə araq aşkar etdi
30 noyabr 2015 12:21 (UTC +04:00)

Gömrükçülər 104 şüşə araq aşkar etdi

0

Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları əməliyyat keçirib. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, idarə əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Göygöl rayon sakini Arzu Həsənovun idarə etdiyi “VAZ-21074” markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 104 ədəd 1 litrlik şüşə qablarda “VODKA NEMİROFF” adlı araqlar aşkar olunub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar