Azərbaycana bu məhsulların idxalı artıb<span style="color:red;"> - RƏSMİ STATİSTİKA
23 fevral 2015 14:41 (UTC +04:00)

Azərbaycana bu məhsulların idxalı artıb - RƏSMİ STATİSTİKA

Dövlət Gömrük Komitəsi (DGK) 2015-ci ilin yanvarında ölkəyə idxal olunan məhsulların statistikasını açıqlayıb. 

 

DGK-dən Lent.az-a verilən məlumata görə, 2014-cü ilin ilk 1 ayı (yanvar) ərzində ölkəyə 12,024.48 ton şəkər tozu idxal  olunub. 2015 ilin ilk ayında isə xaricdən gətirilən şəkər tozu  5,265.32 ton olub. Bu ötən ilin müvafiq dövründə ölkəyə idxal olunan şəkər tozunun 43,7 faizdir və ölkəyə gətirilən şəkərin miqdarında kəskin azalma müşahidə edilir.

 

Ölkəyə gətirilən ət məhsulunda isə artım müşahidə olunub. Belə ki, 2014-cü ilin yanvar ayında 468.94 ton mal əti idxal olunubsa, bu ilin ilk ayında 1,967.44 ton ət alınıb. Bu isə ötən illə müqayisədə təxminən 4,2 dəfə artım deməkdir.

 

2014-cü ilin yanvar ayında ölkəyə 898.37 ton kərə yağı gətirilib. 2015-ci ilin ilk ayında kərə yağına tələbat çoxalıb və bu, 2,659.85 ton təşkil edib. Bildirək ki, ötən illə müqayisədə ölkəyə gətirilən kərə yağında üç dəfə artım müşahidə olunub.

 

Ötən ilin ilk ayı 25,269 ton idxal olunan tütün və tütün məmulatlarının idxalı 2015-ci ilin yanvarında  isə 33,308. ton təşkil edib. Bu, ötən illə müqayisədə 1,3 dəfə artım deməkdir.

 

Sementin idxalında isə kəskin azalma müşahidə olunub. 2014-cü ilin ilk ayında 10,295.03 ton sement gətirilsə də, bu ilin yanvarında bu rəqəm 1,739.31 tona enib.  Bu, ötən ilin müvafiq dövründə ölkəyə idxal olunan sementin cəmi 16,9 faizidir.

 

Nəqliyyat vasitələri və onların hissələrinin idxalında nisbətən artım müşahidə edilib. 2014-cü ildə 47,954.76 tonluq idxal bu ilin ilk ayında 53,176.15 ton olub. Bu isə ötən illə müqayisədə 1,2 dəfə çoxdur.

 

Əczaçılıq məhsullarında da nisbətən artım müşahidə edilib. Ötən il 11,285.68 ton əczaçılıq məhsulları gətirilsə də, bu il 14,635.85 ton idxal olunub. Artıb 30 faiz təşkil edib.

 

2014-cü il ölkəyə 4,193.75 ton mebel və onun hissələri gətirilib. Bu il isə ötən illə müqayisədə artım müşahidə olunub  və 9,163.38 ton təşkil edib. Ötən illə müqayisədə bu il 2 dəfə artım qeydə alınıb.

 

Qara metallar və onlardan hazırlanan məmulatlarda da artım qeydə alınıb. Ötən ilin ilk ayında bu rəqəm 59,521.59 ton olub. Bu il isə idxal həcmi artaraq 83,501.98 ton olub. Artım 40 faizdən çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293
avatar

Oxşar yazılar