“Azərbaycanda bu gün yeni istifadəyə verilən Bakı Gəmiqayırma zavodu ölkəmiz üçün 470 mln. dollara başa gəlib”.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, bu vəsaitin 65%-i ARDNŞ, 25%-i İqtisadi İnkişaf Nazirliyi, 10%-i isə Sinqapurun “TPL” şirkətinin üzərinə düşür.
ARDNŞ prezidenti bildirib ki, Gəmiqayırma zavodunun 90%-i Azərbaycana məxsusdur: “Bu zavod ölkəmiz üçün böyuk əhəmiyyət kəsb edir. Azərbaycanda çıxarılan neftin 95%-i dənizdə olduğu üçün bizim tankerlərə ehtiyacımız var. Ümid edirik ki, bu zavod yeni neft layihələrimizə böyük xeyir verəcək".