Gələn ilin büdcə zərfi parlamentə daxil olub
15 oktyabr 2014 11:43 (UTC +04:00)

Gələn ilin büdcə zərfi parlamentə daxil olub

0

 

Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfi Milli Məclisə daxil olub.


 

Parlamentdən APA-ya verilən məlumata görə, büdcə zərfi yaxın 10 günə deputatlara paylanacaq və ondan sonra komitələrin iclası təyin olunaraq müzakirəyə çıxarılacaq.

 

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 818

Oxşar yazılar