Füzuliyə 3 milyon manat ayrıldı- SƏRƏNCAM
05 oktyabr 2013 19:05 (UTC +04:00)

Füzuliyə 3 milyon manat ayrıldı- SƏRƏNCAM

Prezident İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lent. az-ın məlumatına görə, sərəncamda bildirilir ki, 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycanın 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 mln. manatı Füzuli rayon İcra Hakimiyyətinə ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb. Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893
avatar

Oxşar yazılar