Fond rəhbəri iş yerlərindən danışdı
08 noyabr 2013 10:54 (UTC +04:00)

Fond rəhbəri iş yerlərindən danışdı

“Bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3859 investisiya layihəsinin maliyyələşdirilməsinə 262,7 milyon manat güzəştli kredit verilib”. Lent.az-ın məlumatına görə, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib. Onun sözlərinə görə, bu kreditlər hesabına 10900-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. “İndiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6860 investisiya layihəsinin maliyyələşdirilməsinə 313,9 milyon manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 27000-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir”.

 

Sahibkarlığa Kömək Milli Fondunun "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və yeni internet səhifəsi barədə məlumat verən icraçı direktoru vurğulayıb ki, yeni tətbiq olunan sistemin köməyi ilə artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. “Belə ki, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcək. Sahibkarlar bu imkanı Fondun rəsmi internet səhifəsinə – www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042

Oxşar yazılar