FHN-in daha bir qurumunun yeni binası istifadəyə verilib
14 dekabr 2012 17:24 (UTC +04:00)

FHN-in daha bir qurumunun yeni binası istifadəyə verilib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin yeni altı mərtəbəli binası istifadəyə verilib.


 

APA-nın məlumatına görə, binanın açılış mərasiminə qatılan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov rəmzi açılışı bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.

 

Nazir əvvəlcə binanın birinci mərtəbəsində yerləşən elektron kitabxanaya baxıb. Nazir K. Heydərova Agentlikdə son illər aparılan elektron sənəd dövriyyəsi, bu sahədə yaradılan proqram təminatı barədə məlumat verilib. Qeyd olunub ki, artıq Agentlik vətəndaşlardan sənədlərin elektron qəbuluna başlayıb. Yaradılmış şərait sənədləşmə işlərinin aparılmasında şəffaflığı təmin edir.

 

Daha sonra nazir binadakı xidməti otaqlara baxıb. Agentliyin rəisi Cəbrayıl Xanlarov bildirib ki, binada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

 

Bundan başqa, binada yeməkxana, idman zalı fəaliyyət göstərir.

 

# 2074
avatar

Oxşar yazılar